Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar tələb edəcəkbackend

Böyük Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyalar tələb edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat verib. Qəzetin xəbərinə görə, tələb “Böyük yeddiliy”in İtaliyanın Luka şəhərində bu gün keçiriləcək iclasında səsləndiriləcək.

Qeyd edək ki, şənbə günü Conson 10 apreldə Moskvaya nəzərdə tutulmuş səfərini Suriyadakı hadisələri əsas gətirərək ləğv etmişdi.

Xatırladaq ki, 4 aprel tarixində Suriyanın Xan Şeyxun qəsəbəsinə edilən qaz hücumu nəticəsində onlarla adam ölmüşdü. ABŞ və müttəfiqləri bu cinayətdə Bəşər Əsəd rejimini ittiham etmişdi.

İnterpress.az