İnterpress.az xəbər verir ki, ötən ay Nik dostu ilə birlikdə \”T 54/69\” tipli rus tankı alıb. Nik tanka 37 min dollar ödəyib. Tankı təmir etmək və təmizləmək üçün emalatxanaya aparan Mid və dostu yanacaq çəninin içində 5 kq ağırlığı olan qızıl külçə tapıb.
Tankın içində istifadə edilməyən mərmi tapdığını etiraf edən Nik deyib: \”Mərmiləri görəndə silah da tapacağım üçün çox qorxmuşdum. Onun yerinə qızıl külçələr tapdım. Qızılın dəyəri 2.5 milyon dollardır. Polisə xəbər verdim. Onlar da qızılı apardılar. Mənə də bir sənəd verdilər\”.
Kolleksiyasında 150-dən çox hərbi texnika olduğunu qeyd edən Mid deyib: \”Qızılı mənə verməsələr də, problem deyil. Möhtəşəm bir tankım var\”.
Qeyd edək ki, 55 yaşlı kolleksioner övladlarını məktəbə hər gün tankla aparır.
İnterpress.az