Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə Suraxanı rayonunun Bahar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Abdullayev Vüqar Vaqif oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
İnterpress.az