Malala Yusufzay BMT-nin ən gənc “Sülh elçisi” olubbackend

Malala Yusufzay BMT-nin ən gənc “Sülh elçisi” olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\” BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir.

M.Yusufzay bir neçə il əvvəl taliblərin hücumunun qurbanı olub. Onlar qızların təhsil hüquqlarını müdafiə etdiyi üçün Malalanı öldürməyə cəhd göstərib. M.Yusufzay ağır yaralansa da, sağaldıqdan sonra qızların təhsil alması yönündə fəal mübarizəsini davam etdirib.

M.Yusufzay 12 iyul 1997-ci il tarixində anadan olub. O, 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. 2015-ci ildə isə o, BMT Baş Assambleyasının yubiley, 70-ci sessiyasında Roma Papasından dərhal sonra çıxış edib.

Qeyd edək ki, BMT-nin Sülh elçiləri fəxri adı BMT-nin işinə beynəlxalq diqqət cəlb etməyə razılıq verən hüquq müdafiəsi, incəsənət, musiqi, elm, idman sahəsində tanınmış xadimlərə verilir. Bu gün BMT-nin Sülh elçiləri siyahısına İrodaniya şahzadəsi Haya bint əl Hüseyn, Hollivud ulduzları Şarliz Teron, Maykl Duqlas, Corc Kluni və Edvard Norton, müğənni Stivi Uander, yazıçılar Paulo Koelyo, dirijor Daniel Barenboym və başqaları daxildir.

İnterpress.az