İnterpress.az xəbər verir ki, Erikin sözlərinə görə, ötən həftə Suriyaya endirilən raket zərbəsinə Trampın qərarına İvanka təsir edib.
Erik Tramp təsdiqləyib ki, Suriyada baş verən kimyəvi hücuma görə İvanka çox pis olub.
Prezident oğlu deyib: \”İvanka 3 uşaq anasıdır və onun nüfuzu var. Mən əminəm ki, İvanka Donalda deyib: \”Qulaq as, bu dəhşətdir\”. Belə anlarda atam fəaliyyətə keçir\”.
Erikin fikrinə görə, İvanka heç vaxt \”yox\” deməkdən qorxmadığı üçün prezidentə təsir edə bilir.
İnterpress.az