Artıq bu gündən İranda prezident seçkilərində iştirak edən namizədlərin qeydiyyatı başlayıb. Bu gün İran mərkəzi seçki komissiyasında tarixdə ilk qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizinin namizədliyi qeydə alınıb. Təbrizi heç bir partiyanın üzvü olmadan, müstəqil namizəd kimi qeydiyyatdan keçib.
Mirfəttah Təbrizi İran qanunvericiliyinə əsasən bir qadının ölkəni idarə edə bilməyəcəyini anladığını, amma qanunlardan istifadə edərək namizədliyini irəli sürdüyünü bəyan edib.
İnterpress.az