İnterpress.az xəbər verir ki, \”Çempionlar Liqası\”nın 1/4 final görüşünün ilk oyunu \”Dortmund\” – \”Monaco\” oyunu təxirə düşüb.
Almaniyada keçiriləsi oyun partlayış səbəbindən təxirə salınıb. Almaniyalı futbolçuların avtobusu yaxınlığında işə düşən 3 partlayıcı qurğunun partlaması nəticəsində avtobusun şüşələri sınıb və məşhur ispaniyalı müdafiəçi Mark Bartra qolundan yaralanıb.
Siqnal İduna Park stadionunda isə təhlükəsizlik tədbirləri gücləndirilib.
Oyun sabah keçiriləcək.
İnterpress.az