MTRŞ-dən İTV-nin rəhbəri ilə bağlı açıqlamabackend

MTRŞ-dən İTV-nin rəhbəri ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatır.

T. Məmmədov qeyd edib ki, MTRŞ-da texniki və təşkilati işlər həyata keçirildikdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası müsabiqədə iştirak edəcək şəxslərdən bir nəfəri baş direktor vəzifəsinə seçəcək.

Qeyd edək ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

İnterpress.az