Ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.
M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: \”Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm\”.
APA-nın \”namizədliyinizi geri götürəcəksinizmi\” sualına keçmiş prezident belə cavab verib: \”Hələlik məlum deyil nə baş verəcək. Gözləmək lazımdır\”.
Qeyd edək ki, M. Əhmədinejad daha öncə seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı. ( apa )
İnterpress.az