İnterpress.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bioloji fəal maddələri dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndirilməsi, onun reabiltasiyası dövründə bu vasitələrdən istifadə edilir.
“Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidir. Bunu aydınladışmaq lazımdır\”.
Musa Quliyev deyib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi daim diqqətdə olmalıdır.
\”Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var. Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsdal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Buna görə də bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt vermir. Xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçıılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə biz 400-500 adda dərmanın qiymətini tənzimləyək, qalanlarının qiyməti isə sərbəst buraxılsın”.
İnterpress.az