İnterpress.az xəbər verir ki, bir qrup deputat artıq məsələ ilə bağlı parlament rəhbərliyinə və AzTV rəhbərliyinə müraciət etməyə hazırlaşır.
Buna səbəb parlamentin fəaliyyətinin AzTV-də işıqlandırılması zamanı deputatların efirə çıxmasının Akif Təvəkküloğlunun “senzurasın”dan keçməsidir.
Narazı deputatlar iddia edir ki, Akif Təvəkküloğlunun istəmədiyi deputatların çıxışları və yaxud görüntüləri AzTV-də efirə verilməsi üçün material göndərilən zaman kəsilərək çıxarılır. Belə bir ayrı seçkiliyin salınması, dövlət kanalında deputatlara qarşı fərqli münasibətlərin olması artıq ciddi narazılıq yaradıb.
İnterpress.az