İnterpress.az xəbər verir ki, ilkin ehtimala görə, baş verən 3 kiçik partlayış telefon vasitəsilə idarə edilibmiş. Partlayışın baş verdiyi ərazidən tapılan, “Bismillahi-r-Rəhmani-r-Rəhim” sözləri ilə başlayan məktubda ötən ilin 19 dekabr tarixində Berlində baş verən terror aktları xatırladılır. Bundan başqa, hadisə yerindən bir az aralıda tapılan məktub da araşdırılır.
Partlayış nəticəsində “Borussiya” futbol klubunun müdafiəçisi Mark Bartra yaralanıb.
İnterpress.az