Peterburq metrosunda ölənlərin sayı 15-ə çatdıbackend

Peterburq metrosunda ölənlərin sayı 15-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Peterburq metrosunda baş verən partlayışda xəsarət alan bir nəfər aldığı yaralardan xəstəxanada keçinib.

1977-ci il təvəllüdlü Sergey Postnov dünyasını dəyişib. Beləcə terror aktı nəticəsində həlak olanların sayı kamikadze terrorçu da daxil olmaqla 15 nəfərə çatdı.

Qeyd edək ki, 3 aprel tarixində Sankt-Peterburq metrosunda terror aktı törədilib. \”Sennaya ploşad\” və \”Texnoloqiçeskiy institut\” stansiyaları arasında hərəkət edən qatar partladılıb.

Terror aktı Qırğızıstan vətəndaşı Əkbərcon Cəlilov tərəfindən törədilib. Partlayış nəticəsində isə 102 nəfər xəsarət almışdı. Onlardan 51-i xəstəxanalara yerləşdirilib. 13 nəfər dəfn edilib.

İnterpress.az