Evlənmək üçün verdiyi vədə əməl etməyən oğlan məhkəməyə çəkilir – VİDEObackend

Evlənmək üçün verdiyi vədə əməl etməyən oğlan məhkəməyə çəkilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 30 yaşlı xanımın iddiasına görə, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib.
Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.
Qadin deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.
Məsələyə peşəkar münasibətə gəlincə isə, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsinə görə evlilik könüllü prinsiplər əsasında həyata keçirilir. Kimsə nikaha girməkdən vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.
Hüquqşünas bildirir ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər. Amma belə hallarda iddianı sübut etmək də çətin olur.

İnterpress.azhttps://youtube.com/watch?v=H5yf3tdcGJY