İnterpress.az-ın məlumatına görə, bunu Moskvada jurnalistlərə açıqlamasında ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşdən sonra jurnalistlər qarşısına çıxan Reks Tillerson qeyd edib ki, Suriya ilə bağlı müzakirələri davam etdirəcəklər.
“Bizim əməkdaşlığımıza mane olmaq cəhdləri var idi. Düşünürük ki, bu heç də uzaqgörən yanaşma deyil. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlığından təkcə xalqlarımız deyil, bütün dünya udur”.
İnterpress.az