İnterpress.az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-un baş katibi Yens Stoltenberq ilə birgə keçirdiyi mətbuat konfransnda deyib.
“Biz Rusiya ilə qətiyyən yola getmirik. Lakin buna baxmayaraq, Moskva ilə münasibətləri normallaşdırmağa çalışırıq. Putinlə, Rusiya ilə münasibətlərimizi düzəltsək, çox yaxşı olardı. Ümumiyyətlə, mən hamı ilə yola getmək istəyirəm. Prezident postunda səlahiyyət müddətim başa çatdıqda, dünya daha yaxşı olacaq”, -deyə Tramp vurğulayıb.
İnterpress.az