Cəlilabadda yol qəza baş verdi – Yaralananlar varbackend

Cəlilabadda yol qəza baş verdi – Yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə axşam saatlarında Qarazəncir- Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar rayonun Ocaqlı kənd sakinləri – 53 yaşlı Bəhmən Bəhmən oğlu Abıyev və onun həyat yoldaşı, 50 yaşlı Gülnar Məmi qızı Abıyevadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. ( report.az )

İnterpress.az