ABŞ hərbi texnika karvanı Suriya ərazisinə girdibackend

ABŞ hərbi texnika karvanı Suriya ərazisinə girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, amerikalılar yeni hərbi bazaya tərəf istiqamət götürüblər. Pentaqonun yeni bazası Hələbin şimalında, kürdlərin nəzarəti altında olan Əyn-əl-Ərəb şəhərində yerləşir.

Bir neçə aylıq intensiv işdən sonra bazada tikinti işləri demək olar ki, başa çatmaq üzrədir. Bununla belə Bəşər Əsəd hökuməti dəfələrlə ABŞ hərbçilərini Suriyanı tərk etməyə çağırıb. Onlar rəsmi Dəməşqin icazəsi olmadan ölkəyə qanunsuz şəkildə soxulublar.

Hərbi ekspertlərin fikrinə görə, Pentaqon yeni hərbi bazadan İŞİD-in paytaxtına hücumu idarə edəcək.

İnterpress.az