“Azərbaycanda idxala inhisarçılıq yoxdur”backend

“Azərbaycanda idxala inhisarçılıq yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mətbuata son açıqlamasında inhisarçılıqdan danışıb. Deyib ki, Azərbaycanda idxalda inhisar yoxdur.

Sitat: “Tam məsuliyyətlə bildirirəm – Azərbaycanda idxala inhisarçılıq yoxdur”.

A.Əliyev belə deyir. Bəs müstəqil iqtisadçılar nə deyir? Həqiqətən Azərbaycanda inhisarçılıq yoxdur?

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Qadir İbrahimli deyir ki, DGK sədrinin açıqlaması reallığı əks etdirmir: “Sadəcə, qeyri-ərzaq sektorunda inhisar aradan qalxıb, ərzaq sektorunda isə inhisar daha da güclənib. Son bir ayda təkcə bananın qiymətinin 2 dəfə, idxal edilən başqa meyvə-tərəvəzlərin qiymətinin isə 40-50 faiz bahalanması buna sübutdur. Son 1 ayda manat daha da möhkəmlənibsə, bahalaşmanı inhisardan kənar izah etmək mümkün deyil”.

İqtisadçı-ekspert onu da vurğulayır ki, əgər idxalda inhisar yoxdursa, xaricdə qəpik-quruşa olan mallar ölkə bazarında niyə baha satılır?

“Bunun inhisar kimi səbəbləri var. Azərbaycanın kənd təsərrüfatı məhsulları idxaldan asılı durumdadır. Bahalaşmaya əsas səbəb də monopoliyalardır. Məhsulu ölkəyə gətirən inhisarçılar onun qiymətini istədiyi səviyyəyə qaldırmağa meyilli olurlar. Bu həm də o deməkdir ki, hər il ərzaq təhlükəsizliyi üçün büdcədən ayrılan milyonlarla vəsait səmərəsiz sərf olunub, həmin proqram yerinə yetirilməyib və bu gün də olunmaqdadır”.

İnterpress.az