Amerika bəşəriyyətin bəlasına qarşı mübarizəyə başladıbackend

Amerika bəşəriyyətin bəlasına qarşı mübarizəyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Yel Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində trans yağların yüksək olduğu ərzaqların istifadəsindən imtina insult və infarkt riskini azaldır. Tədqiqatçılar 2002-2013-cü illər ərzində Nyu-York ştatında xəstəxanalarda qeydiyyatda olanların statistik məlumatlarını araşdıraraq bu nəticəyə gəliblər. Nyu-York xəstəxanalarında pasientlər arasında trans yağlardan istifadəni məhdudlaşdırıblar. Nəticədə infarkt və insultu 6 faiz ixtisar etmək mümkün olub.
\”Qida rasionundan trans yağların çıxarılması infarkt və insult riskini nəzərəçarpacaq dərəcədə azaldır. Trans yağların dövlət səviyyəsində qadağan edilməsi milyonlarla insan üçün əsl qələbə olardı\” — deyə tədqiqat müəlliflərindən biri bildirib. Çipslərin, krekerlərin, qızardılmış məhsulların və çörək məmulatlarının tərkibindəki trans yağlar daha təhlükəli sayılır. Buna görə də, başda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olmaqla bir çox səhiyyə təşkilatları, tərkibində trans yağlar olan qidalardan birdəfəlik imtinanı tövsiyə edir.

\”Trans yağlar təkcə ziyanlı deyil, həm də normal tərkibli yağların da faydalarını sıfıra endirir. Onların insan orqanizminə zərərləri, insanın erkən ölümünə səbəb olan bir çox xəstəliklərin səbəbkarı olduğu artıq aksiomdur. Biz bütün dövlətləri qida təhlükəsizliyi proqramlarına trans yağlardan istifadə qadağasını daxil etməyə çağırırıq\” — deyə ÜST-ün qida və ərzaq təhlükəsizliyinə həsr olunmuş konfransında qəbul olunmuş tövsiyə sənədində bildirilir.

Amerika hökuməti əhalinin, tərkibində trans yağlar olan qidalardan istifadəsini ixtisar etmək üçün bütün mümkün cəhdləri edir. Yaxın iki il müddətində Birləşmiş Ştatlar əhaliyə trans yağların təqdim edilməsini tamamilə qadağan etməyi planlaşdırır. Bəs trans yağ nə deməkdir və o, niyə zərərlidir? Qarğıdalı, günəbaxan, zeytun, soya kimi bitki əsaslı yağlar \”hidrogenləşdirmə\” deyilən bir prosesdən keçirilir. Yəni onların molekul birləşmələrinə hidrogen əlavə edilərək qarışdırılır və marqarinə çevrilir. Marqarin əldə etmək üçün duru yağ təzyiq altında qaynadılır.

Bu prosesdən keçən yağın molekulyar quruluşu pozulur. Məhz bu yağlara trans yağ adı verilir. Trans yağlar insan orqanizminə heyvan mənşəli və ya doymuş yağlardan daha çox zərərlidir. Trans yağların (marqarinlərin) orqanizmə heç bir faydası yoxdur. Onlar hətta orqanizmin digər yağlardan faydalanmasının da qarşısını alır. Orqanizmdəki LDL (pis xolestrol) səviyyəsini yüksəltdiyi kimi HDL-in (yaxşı xolestrol) səviyyəsini də aşağı salır. Bundan başqa, xərçəng riskini (özəlliklə də süd vəzi xərçəngini) də artırır. Sarı və qırmızı rənglərlə işarələnmiş doymuş və trans yağlar həkimlər tərəfindən tövsiyə edilmir. Marqarinlər trans yağlar qrupuna daxildir. Buna görə də, yağ satın alarkən paketin üzərini mütləq oxuyun. Üzərində \”hidrogenləşdirilmiş bitki yağı\” yazılanları almayın. Marqarin plastik yağlardan yalnız 1 molekul fərqlidir. Sadə bir təcrübə ilə marqarinin plastikə yaxın bir məhsul olduğunu anlayacaqsınız. Bir paket marqarin alın və kölgəyə qoyun. İki gün müddətində onu müşahidə edin. Üzərində bir dənə də olsun həşərat görməyəcəksiniz. Bundan əlavə, pis qoxu verməyəcək. Çünki onun heç bir qida dəyəri yoxdur. Bu səbəbdən də üzərinə heç bir şey, hətta mikroorqanizmlər belə, qonmaz. Bunun səbəbi o yağın sintetik olmasıdır. (sputnik)

İnterpress.az