Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun həyətindəki tikiliyə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş \”Karabin\” markalı tüfəng, 1 ədəd \”RQD-5\” qumbarası və 1 süngü-bıçaq götürülüb.
İnterpress.az