“ABŞ Əfqanıstanı sınaq poliqonuna çevirir”backend

“ABŞ Əfqanıstanı sınaq poliqonuna çevirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Kərzai ABŞ-ın bu addımını ölkə suverenliyinə qarşı zərbə və Əfqanıstanı hərbi təlim poliqonuna çevirmək cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ dünən Əfqanıstandakı İŞİD mövqelərinə \”MS-130\” təyyarəsindən 9.5 ton çəkisi olan bomba atıb. Bildirilir ki, ABŞ hərbi hava qüvvələrində cəmi 15 ədəd belə tip bomba var.

Kərzai deyib: \”Bu hücum Əfqanıstan suverenitetinə, onun ərazisinə və təbiətinə qarşı atılan addımdır. Bu terrora qarşı mübarizə yox, ABŞ-ın ölkəmizi yeni silahların sınaq poliqonuna çevirmə cəhdidir\”.

Sabiq prezident ölkə əhalisini ABŞ-a qarşı etiraz etməyə çağırıb.

İnterpress.az