İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli \”Cırtdan\” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az