İnterpress.az xəbər verir ki, zibil yığının çökməsi nəticəsində 16 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Hadisə paytaxt Kolomboda baş verib. Şri Lanka fövqəladə hallar nazirliyi bildirir ki, paytaxtın ən kasıb ərazilərindən olan Mitotamullada nəhəng zibil qatının çökməsi nəticəsində ən azı 16 nəfər həlak olub.
Faciə nəticəsində evləri uçan 75 nəfər yaxınlıqdakı məktəbə yerləşdirilib. Hərbçilər axtarış tədbirlərini davam etdirirlər.
İnterpress.az