3 yaşlı uşağı terror şübhəsi ilə dindiriblərbackend

3 yaşlı uşağı terror şübhəsi ilə dindiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, üç yaşlı Harvi Kenon-Keyrnsin babası ABŞ vizası əldə etmək üçün onun anketini dolduran zaman səhvən “Terror fəaliyyəti, casusluq, sabotaj və ya soyqırımla əlaqəniz varmı?” sualına “bəli” cavabını yazıb. Nəticədə uşaq dindirilmək üçün səfirliyə çağırılıb.

“Mən heyrətləndim ki, onlar bunun adi səhv olduğunu görməyiblər və üç yaşlı uşağın heç kəsə zərər vura bilməyəcəyini anlamayıblar”, – deyə 62 yaşlı Pol Kenon bildirib.

Babasının sözlərinə görə, 3 yaşlı Harvi sorğu zamanı özünü çox yaxşı aparıb və bir dəfə olsun ağlamayıb. Texniki səhvə yol vermiş baba, həmçinin baş verənlərin gülməli olduğunu anlamayan ABŞ səfirliyinin əməkdaşlarını yumor hissinə malik olmamaqda ittiham edib.

Məlumata əsasən, ailə viza verilməsindən ilkin imtina səbəbindən əlavə olaraq 3000 funt sterlinq xərcləməli olub və P.Kenon bu səhvinin ona baha başa gəldiyini açıqlayıb.

İnterpress.az