Şikayət yeni parlamentin səlahiyyət gününü dəyişirbackend

Şikayət yeni parlamentin səlahiyyət gününü dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Blokun namizədlər siyahısına Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan başçılıq edib. Siyahıda ikinci Xalq Partiyasının lideri Stepan Dəmirçiyanın adı olub. Qurum parlamentə düşə bilməyib.

İnterpress.az-ın məlumatına görə, Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası parlament seçkisinin nəticələrini aprelin 9-da təsdiqləyib. Prezident Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyası 105 nəfərlik parlamentə 58 mandat qazanaraq təkbaşına hökumət qurmaq hüququ əldə edib.

İndiki hökumətdə Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. Sarukyan bloku parlamentdə 31, “Çıxış” bloku 9 mandatla təmsil olunacaq.

Mərkəzi Seçki Komissiyası Konqres-Xalq Partiyası blokunun nəticələrin ləğvi ilə bağlı müraciətini təmin etməyib.

Yeni parlamentin səlahiyyəti aprelin 27-də qüvvəyə minməli idi. Konstitusiya Məhkəməsinə şikayətə görə səlahiyyət günü dəyişəcək.

İnterpress.az