Türklər və kürdlər arasında kütləvi dava baş veribbackend

Türklər və kürdlər arasında kütləvi dava baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat verib.

Bildirilib ki, hadisə dünən axşam Ren şəhərində baş verib. Kütləvi davanın iştirakçıları dəmir alətlər və beysbol taxtaları ilə bir-birinə hücum ediblər.

Hadisə yerinə operativ polis qüvvələri cəlb olunub. Lakin dava iştirakçıları polislərə aid xidməti avtomobillərə müxtəlif əşyalar atmağa başlayıblar. Asayiş keşikçilərindən biri yüngül xəsarət alıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə nəticəsində iki nəfər saxlanılıb.

İnterpress.az