İnterpress.az-ın məlumatına görə, bu barədə “Human Rights Watch” təşkilatının hesabatında söylənilir.
Təşkilatın hesabatına əsasən, martın 16-da əl-Cina yaşayış məntəqəsi yaxınlığında yerləşən Ömər ibn əl-Xəttab məscidi namaz vaxtı ABŞ təyyarəsi tərəfindən bombalanıb. Ehtimal olunur ki, məscid bombalanan zaman orada 300 nəfər ibadətlə məşğul imiş. ABŞ rəhbərliyi bəyan edib ki, hücumun hədəfi “əl-Qaidə” terror qruplaşmasının toplantısı olub. Lakin nəticədə 38 dinc sakin ölüb, onlarla şəxs yaralanıb.
İnterpress.az