İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə TASS-a dairə mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.
“Təlimlərdə təxminən 500 hərbçi və 100-dən çox xüsusi hərbi texnika, o cümlədən “Buk-M1-2” və S-300V zenit-raket kompleksləri, Erebuni Rusiya hərbi aviasiya bazasında \”MiQ-29\” qırıcı təyyarələri, \”Mi-24P\” və \”Mi-8MT\” vertolyotları iştirak edir”, – deyə Astafyev söyləyib.
Sözügedən təlimlər Zaqafqaziyada qış məşq təlim mövsümü ərzində Rusiya ordusunun yoxlanışı çərçivəsində həyata keçirilir. Yoxlamalara cənub hərb dairəsinin komandanı Aleksandr Dvornikov rəhbərlik edir və təlimlər plana uyğun olaraq bir həftə davam edəcək.
İnterpress.az