İnterpress.az xəbər verir ki, bunu “Cevipof” kompaniyasının “Monde” nəşri üçün keçirdiyi sosioloji sorğunun nəticələri göstərir.
Sorğuya əsasən Le Pen seçkilərin ikinci turuna keçəcəyi halda Fransanın keçmiş iqtisadiyyat naziri Emmanuel Makrona 61 faizin 39 faizə, keçmiş baş nazir Fransua Fiyona 55 faizin 45 faizə, digər namizəd Jan-Lyuk Melanşona isə 57 faizin 43 faizə nisbətində səslə məğlub olacaq.
Bununla belə, birinci turda qüvvələr nisbəti dəyişməyib. Belə ki, Makron 23 faiz səslə liderdir. Le Pen isə 22,5 faiz səs toplayaraq ikinci, 19,5 faiz səslə isə Fiyon üçüncü yerdədir.
Sorğuya əsasən, fransızların 28 faizi səsvermədə iştirak etməyəcək.
İnterpress.az