İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Əfqanıstan kəşfiyyatı tərəfindən əldə edilmiş məlumat əsasında Hərbi Hava Qüvvələrinin dəstəyi ilə ötən gecə Bəqlan əyalətinin Dand-e-Quri qəzasında əməliyyat keçirilib. “Taliban” qruplaşmasının 22 üzvünü məhv etmək mümkün olub, üç nəfər əsir götürülüb”, – deyə rəsmi məlumatda bildirilir.
Nazirliyin məlumatına əsasən, \”Taliban\”-ın sözügedən əyalətdəki rəhbərlərindən biri və daha dörd yerli səhra komandiri də zərərsizləşdirilib.
İnterpress.az