Əli Kərimli Baş Prokurorluğa çağırıldıbackend

Əli Kərimli Baş Prokurorluğa çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Əli Kərimli rəsmi çağırışla həftənin 5-ci günü, saat 10:30-da prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Əli Kərimli isə bildirib ki, rəsmi bildirişdə çağırışın səbəbi kimi partiya üzvü olmayan şəxslərə saxta üzvlük vəsiqəsi verilməsi məsələsi göstərilib:

“Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib.

Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. Mənim müavinim Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar”.

İnterpress.az