Malayziya öz təyyarələrini peyklər vasitəsilə izləyəcəkbackend

Malayziya öz təyyarələrini peyklər vasitəsilə izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı şirkət rəhbərliyi “Aireon”, “ SITA OnAir” və “FlightAware” kimi şirkətlərlə razılaşma imzalayıb. Bu razılaşmaya görə, “Malaysia Airlines” şirkəti dünyanın istənilən nöqtəsində qütb bölgələri və okean ərazisində radardan itmiş təyyarələri belə müşahidə edə biləcək.

Sistemin nə zaman işə düşəcəyi məlum deyil.

Lakin bildirilir ki, “Aireon”-un yeni peyk şəbəkəsinin bütün dünya üzrə 2018-ci ilə yaradılması planlaşdırılır.

\”Laynerlərin uçuşlarının izlənilməsi aviasiya sənayesinin hədəfi idi. Biz fəxr edirik ki, ilk dəfə bizim şirkət belə vacib qərarı qəbul etmiş oldu\”, — deyə “Malaysia Airlines” şirkətinin baş direktoru İzxam İsmayıl bildirib.

Hal-hazırda beynəlxalq reyslərin əksəriyyəti ADS-B texnologiyasının köməyi ilə öz uçduqları ərazilərdən xəbər verirlər. Bu texnologiya təyyarədə pilotlara və yerdə aviadispetçerlərə hava gəmilərinin hərəkətini müşahidə etməyə imka yaradır.

2014-cü ilin mart ayında Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin, 12 ekipaj üzvü olan “Malaysia Airlines” aviaşirkətinə məxsus təyyarə radarlardan itib. 2015-ci ilin yanvar ayında bu şəxslərin hamısının həlak olduğu açıqlandı. Təyyarənin qalıqları Hind okeanında tapılsa da, onun qəzaya uğradığı yer dəqiq bilinmir.

İnterpress.az