İcra başçısının qəbuluna düşə bilməyən yazıçı özünü yandıracaqbackend

İcra başçısının qəbuluna düşə bilməyən yazıçı özünü yandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu yazıçı Rüfət Əhmədzadə şəxsi Facebook səhifəsində bildirib.

Məsələ ilə bağlı yazıçının özüylə əlaqə saxladıq.

O, “Masazırda anamın adına alınan 6 sot torpaq sahəsi var. Torpağın sənədləri, kupçası var. 10 ilin jurnalistiyəm. Uşaqlarım bronxitdən əziyyət çəkir. Bir otaqli evdə ağır vəziyyətdə yaşayırıq. Anam, bacım və uşağına da mən baxıram. Anamın o torpağında 56 kvadrat metr ərazidə yarıtikili evini təmir edib köçmək üçün kredit götürmüşəm. Qanuni 6 sot həyətdir. Evin kupçası var. İcra hakimiyyətinin işçiləri evin söküləcəyini dedilər. Atam sonra xərçəng xəstəliyi tapdı, sonra dünyasını dəyişdi, sənədlərin dalınca düşə bilmədi. Mənim də ürək nevrozum var, bir az stresə düşəndə qıcolmam tutur”.

Rüfət Əhmədzadə icra hakimiyyətinin işçisinin ona hər kvadratmetrə 25 manat ödəyərsə, evin sənədini verəcəklərini deyib. Bu isə 1500 manata yaxın məbləğdir.

“O pulu ödəməyə imkanım olmadığını dedim. Qanuni rüsum tələb etdim. Məni Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Akif Əliyevə yönləndirdilər. O da “1000 manat ödə qanunsuz tikməyinə icazə verək, sonra sənəd verilər”.- dedi. O qədər pulumun olmadığını, bunun qanuni rüsumunun nə olduğunu soruşdum. Məni Abşeron Rayon İcra Başçısı İradə Gülməmmədovaya yönləndirdi. İradə xanımın da qəbuluna düşə bilmirəm. Mənə deyirlər ki, İradə xanım tikili işinə baxmır, Akif Əliyevin yanına get. O da məni süründürür. Buna görə hər gün işdən icazə almalı oluram. Artıq cəmiyyətdə problemli insan kimi tanınıram. Bu insanlar məni intihara sövq edir. Əgər işimə baxılmasa, özümü bu gün öldürəcəm”.- deyə yazıçı bildirib.

Qeyd edək ki, 31 yaşlı Rüfət Əhmədzadə sözügedən problemi həll olunmasa bu günün sonunda Abşeron RİH qarşısında özünü yandıracağını deyib.

İnterpress.az