“Metroda xəsarət alan şəxs komadadır”backend

“Metroda xəsarət alan şəxs komadadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.

Bu barədə “Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: “Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.

İnterpress.az