Azərbaycanda bankların sayı azalacaqbackend

Azərbaycanda bankların sayı azalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq:

“Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var”.

V.Bayramov vurğulayıb ki, bankların sayının azalması prosesinin ağrısız olması üçün bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.

İnterpress.az