“Mercedes” “London taksisi”nə çırpıldı – Yaralılar varbackend

“Mercedes” “London taksisi”nə çırpıldı – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Report-a istinadən xəbərinə görə, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən \”99-XU-438\” dövlət qeydiyyat nişanlı \”London taksisi\”nin sürücüsü səbəb olub.

Nəticədə yüksək sürətlə gələn \”10-NA-016\” dövlət qeydiyyat nişanlı \”Mercedes\” markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, \”Mercedes\” bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı \”Mercedes\”in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər – 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bundan əllavə, \”London taksisi\”nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

İnterpress.az