İnterpress.az xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə A.Cahangirova iki nəfərə qarşı dələduzluq əməli törədib, onların etibarından sui-istifadə edərək mülli miqdarda pullarını ələ keçirib. AMEA-da dizayner vəzifəsində işləyən Cahangirova hər iki şəxsdən pulu iş qurmaq adı ilə alıb.
Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir. (musavat)
İnterpress.az