İnterpress.az-ın məlumatına görə, Əsəd onları terrorizmlə mübarizədə ölkə siyasətinə qarışmaqda günahlandırıb.
“ABŞ və qərb dövlətləri daim bizə maneçilik törədir. ABŞ-ın Suriya ordusunun kimyəvi silah saxladığını bəhanə edərək Homs vilayətindəki “Əş-Şəyrat” hərbi bazasına raket zərbələri endirməsi də buna sübutdur. Qərb məni məhv etmək məqsədilə daim vəhabi və “Müsəlman qardaşları” adlı qruplaşmaların köməyindən istifadə edir. ABŞ-ın İordaniya hərbi qüvvələrindən mənə qarşı istifadə planından da xəbərdaram” – deyə Bəşər Əsəd bildirib.
İnterpress.az