İnterpress.az-ın məlumatına görə, zərərsizləşdirilən terrorçunun fotosu artıq KİV-də yayılıb.
Qeyd edək ki, Ə.Özbəyin öldürüldüyünü CENTCOM-un sözçüsü Con Tomas bəyan edib.
Onun sözlərinə görə, Ə.Özbəyi İŞİD lideri Əbubəkir əl-Bağdadi ilə yaxın olub, terror təşkilatının xarici ölkələrdəki hücumlarına, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsinə və maliyyələşdirilməsinə görə məsuliyyət daşıyıb.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə \”Reina\” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb. Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov həbs olunub. (qafqazinfo)
İnterpress.az