İnterpress.az-ın məlumatına görə, şahidlərdən biri BBC-yə verdiyi açıqlamada döyüş yerində 165 cəsədi saydığını söyləyib.
Əfqanıstan Müdafiə Nazirliyi hücum zamanı nə qədər hərbçinin həlak olması barədə rəsmi məlumat verməsə də, həlak olanların və yaralıların sayının 120-dən artıq olduğunu qeyd edib.
Hücum əməliyyatı ötən həftənin cümə günü baş verib.
Hücum edərkən Taliban döyüşçüləri hökumət ordusunun formasını geyiniblər.
Hücum əməliyyatı əsgərlər cümə günü məsciddən çıxan zaman baş tutub.
Döyüşçülər həmçinin yeməkxanada olan əsgərləri də öldürüblər.
Talibançılar hərbi bazanın xarici çevrəsini dağıtmaq üçün özünü partladan intiharçıdan istifadə etdiklərini bəyan ediblər.
Bazar günü Əfqanıstanda matəm elan olunub.
İnterpress.az