İnterpress.az xəbər verir ki, ikitərəfli əlaqələrin gücləndirilməsi və müdafiə sahəsindəki əməkdaşlığın artırılması məqsədi ilə Cibutidə səfərdə olan Mattis ABŞ-ın ölkədəki bazasında xidmət edən komandan general Tomas Valdhauser ilə mətbuat konfransı keçirib.
Tramp hökumətinin ölkəyə səfərə gələn ilk nümayəndəsi olan Mattis Cibutinin 11 sentyabr hadisələrindən bu yana hər zaman ABŞ-ın yanında olduğunu vurğulayaraq “O gündən bu yana hər gün, hər ay, hər il bizimlə oldular” deyib.
Son illərdə Somali sahillərində və Ədən körfəzi ətrafında müşahidə olunan quldurlara dair açıqlamalar verən Mattis Somali sularında quldurluq problemi davam etsə də bunun ABŞ ordusunun ciddi müdaxiləsini tələb edəcək bir vəziyyət olduğunu düşünmədiyini deyib.
Limanları ilə Şərqi Afrika ölkələrinin ticarət qapısı olan Cibuti Somali və Yəməndəki regional böhran nöqtələrinə birbaşa müdaxilə imkanı tanıması səbəbilə ABŞ üçün strateji əhəmiyyət kəsb edir. ABŞ, Cibuti ilə 2014-ci ildə yenilədiyi razılaşma çərçivəsində ölkədə olan hərbi bazasını növbəti 10 il ərzində də istifadə etmək hüququ əldə etmişdi. (avropa.info)
İnterpress.az