İnterpress.az bildirir ki, bu barədə \”SITE Intelligence Group\” təşkilatı məlumat yayıb.
\”İmam Şamilin batalyonu\” \”Əl Qaidə\” terror təşkilatına bağlı qruplaşmadır. Mənbənin məlumatına görə, metrodakı terror hadisəsi məhz \”Əl Qaidə\”nin başçısı Ayman Əl Zəvahirinin göstərişi ilə həyata keçirilib.
Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 14 nəfər vəfat etmişdi.
İnterpress.az