“Bir də Sincara hücum etməyin”backend

“Bir də Sincara hücum etməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünən türk ordusu ikinci Qəndil kimi tanınan Sincarı bombalamışdı.

İraqın baş naziri Heydər əl-İbadi Bağdadın baş nazirlik sarayında həftəlik mətbuat konfransında çıxış edib. Baş nazir türk qırıcılarının Sincarda PKK hədəflərini bombalamasını dəyərləndirib.

İbadi deyib: \”Türkiyə İraqın içərisindəki Sincar bölgəsini bombalayıb. Türkiyəni bu hərəkətinə görə qınayırıq. Hücum nəticəsində 5 iraqlı peşmərgə həlak olub, 7 nəfər də yaralanıb. Rəsmi Ankaranı bir də belə hücum etməmək məsələsində xəbərdar edirik\”.

İnterpress.az