XİN-nin mətbuat katibi Hikmət Hacızadə AzNews.az-a açıqlamasında bəyan edib ki, Nazirlik məsələ barədə xəbərdardır:
Anlaşılmaz məqamlar var. Bu məqamlar araşdırılmalıdır. Burada təxribat elementlərinin olması istisna deyil.
ABŞ-ın gündəlik nəşrlərindən biri “Daily News” Azərbaycanın bu ölkədəki səfirliyinin birinci katibi Fərid Cəbrayılovun 29 yaşlı həyat yoldaşı Mehriban Cəbrayılovanın Nyu-Yorkda yerləşən mağazalardan birindən 188 dollar dəyərində əşya oğurlamağa cəhd edərkən mühafizəçilər tərəfindən yaxalandığını iddia edir.
İnterpress.az