Bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, bununla da qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq: “Qeyri-rəsmi məşğulluq işçilərin bəzi öhdəlikləri yerinə yetirməməsi anlamına gəlir. Bura vergilər, sosial ödənişlər daxildir. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı halda nəticə etibarilə bütün işçilər vergi, sosial ödəmələrlə bağlı öhdəlikləri yerinə yetirmiş olurlar. Düşünürəm ki, bütün işçilər işlərini rəsmiləşdirəcəklər”.
İnterpress.az