Navalnının bir gözü görmə qabiliyyətini itirə bilərbackend

Navalnının bir gözü görmə qabiliyyətini itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müalicələr nəticə vermədiyindən o, görmə qabiliyyətini itirə bilər.

Ona edilən naməlum hücum nəticəsində yaranan kimyəvi yanıq, hələ də keçməyib və bu, yaşıl məhlula qatılan hansısa zəhərli maddədən ola bilər.

Moskvada aprelin 27-i baş tutan forumda çıxışından sonra, heç bir söz deməyən naməlum bir kişi Navalnın üzünə yaşıl tibbi məhlul töküb.

Bu, Navalnıya qarşı edilən ikinci bənzəri hücumdur. Belə ki, birinci dəfə martın 20-i Barnaulda keçirilən etirazda onun üzərinə yaşıl tibbi məhlul tökülmüşdü.

Son bir neçə ay ərzində Navalnı dəfələrlə müxtəlif hücumlara məruz qalıb.

\”Bu yaşıl tibbi məhlul Barnaulda düz gözlərimə tökülmüşdü – əvvəlcə çox göynətsə də, 10 dəqiqə sonra, normal görürdüm, gözlərim şişməmişdi və gözlərimin ağı da ağ rəngdə qalmışdı,\” Navalnı hücumları müqayisə edərək deyib.

Moskva polisi bildirib ki, Navalnın aprelin 27-i etdiyi şikayətdən sonra, araşdırma aparılıb. Zərərçəkmiş isə bu araşdırmanın heç bir nəticə vermədiyini söyləyib.

\”Əlbəttə ki, heç bir istintaqdan söz gedə bilməz. Hələ cinayət işi də açılmayıb. Hətta, heç kim məndən, şikayəti dərhal edib-etmədiyimi belə soruşmayıb,\” Navalnı yazıb.

Hücumun təşkilində siyasətçi prezident administrasiyasını günahlandırıb.

\”Bəli, NOD-çular əllərində yaşıl məhlul dolu fincanla gəzdiyi bəllidir, lakin, onlar, mənim olduğum yerlər, otellər, biletlər və gediş/gəlişlərim haqqında dəqiq məlumatlara malikdirlər. Heç şübhəsiz ki, xüsusi xidmət orqanları onları baza və daxili müşahidə məlumatları ilə təmin edirlər,\” Navalnı yazıb.
Kreml müxalifətçinin iddiasına hələ şərh bildirməyib. (bbc)

İnterpress.az