2 uşaq anası intihara cəhd edib – TƏFƏRRÜATbackend

2 uşaq anası intihara cəhd edib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Rayon Mərkəzi Xəstəxanası intihara cəhd edən iki uşaq anasının səhhətinə aydınlıq gətirib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, hazırda 34 yaşlı Şəlalə Xəlilova reanimasiyadadır:

“Vəziyyəti ilə bağlı məlumat vermək çətindi. Vəziyyətinin necə olacağı günün sonunda məlum olacaq. Sirkə turşusunun insan orqanizminə təsirinin nəticəsini 10 saatdan sonra aydın olur. Sirkə turşusu mədə və bağırsaqlarını yandırıb. Həkimlər ona ilkin yardım edib, mədəsini yuyub.”

Xəstəxanadan onu da əlavə ediblər Şəlalə Xəlilovanın intihara cəhdinin arxasında ailə münaqişəsi dayanır.

Şəkidə 2 uşaq anası intihara cəhd edib. Rayonun Baş Zəyzid kənd 34 yaşlı Şəlalə Paşa qızı Xəlilova intihar etmək məqsədilə sirkə turşusu içib.

***

Hadisə rayonun Baş Zəyzid kəndində baş verib.

Belə ki, kənd sakini, 34 yaşlı Şəlalə Paşa qızı Xəlilova intihar etmək məqsədilə sirkə turşusu içib.

Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az