Özlərini sosial şəbəkələrdə \”qəhrəman\” kimi hiss edən Kərimlinin cəbhəçiləri Nurullayevi təhqir və tənqid edib, onunla bağlı nalayiq ifadələr işlədiblər.
İnterpress.az xəbər verir ki, R.Nurullayev AzVision.az-a məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, AXCP və Yurd təşkilatı həm fəlsəfi, həm əxlaqi, həm də dəyərlər baxımından ayrı-ayrı qurumlardır:
“Bu gün gənclik kimin yanında olduğunu göstərdi, onlar \”Yurd\” birliyinin yox, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin yanında olduğunu göstərdilər. Qısqanclıq pis vərdişdir. Siyasi qısqanclıq isə təhlükəlidir. Məhz, gənclərlə görüşümü həzm edə bilməyən yurdçular qarğa-quzğun kimi üstümüzə tökülüşüblər.
Amma, narahat deyilik, çünki onlar bir qrup zombiləşmiş, əxlaq prinsiplərinə əməl etməyən kütlədirlər. Söyüş və təhqir yolverilməzdir. Allah onlara hidayət versin”. (musavat)
İnterpress.az