İnterpress.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirlib. S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, o parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.
Xəstəxanın həkim-cərrahı Bəhram Zeynalov \”Report\”a açıqlamısnda bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. (report)
İnterpress.az